Ru
11:06 / 03 İyun 2026

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Erməni əsgərdən Şuşa döyüşü haqda  şok sözlər
Eye

44 günlük müharibədə iştirak etmiş erməni döyüşçü Azərbaycan hərbçiləri haqqında maraqlı fikirlər səsləndirib.

Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, o, Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı az sayda azərbaycanlının qəfildən şəhərə daxil olduğunu bildirib:

“Şuşa döyüşlərində məhdud sayda azərbaycanlı hərbçi var idi. Əvvəlcə qorxunun təsiri böyük olur və insanlar vəziyyəti dərhal şişirdirlər. Amma siz onların orada nə qədər olduğunu bilmirsiniz. Əslində isə Azərbaycan əsgərlərinin sayı çox az idi, çox-çox az”.

Aparıcının “Deyirlər, şəhərə ilk olaraq altı nəfər azərbaycanlı snayper-diversant daxil olmuşdu” fikrinə erməni döyüşçü belə cavab verib:

“Yaxşı, fərz edək ki, orada təxmini altı snayper var idi. Sonra isə azsaylı qruplar dağlar və qayalar vasitəsilə şəhərə sızdılar. Yəni onlar qayaları aşaraq Şuşaya daxil olurdular. Şəhərdə azsaylı azərbaycanlı bölmələri aşkar ediləndə bizimkilərin davranışı çox qəribə oldu, onlar şokda idilər. Söhbət kiçik bölmələrdən gedir. Mən bunu şəxsən müşahidə etmişəm ki, bizim bölmələr tez-tez öz qüvvələrinin atəşi altına düşürdü. Müharibə zamanı belə hallar zaman-zaman baş verir. Qəribə olan isə o idi ki, bir neçə saat ərzində bizim zirehli texnika öz qüvvələrimizi atəşə tuturdu”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar