Ru
15:27 / 17 Yanvar 2026

Erməni məhbuslar buna görə qaytarılıb

Erməni məhbuslar buna görə qaytarılıb
Eye

Hər bir halda əsirlərin qaytarılması olduqca vacibdir və alqışlanır.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu fikirləri Avropa İnsan Hüquqları Məhkəməsində erməni əsirlərin maraqlarını müdafiə edən Siranuş Sahakyan keçirdiyi mətbuat konfransında deyib.

"Bu, xüsusilə indiki mərhələdə vacib idi, çünki sonuncu dəfə 2023-cü ilin dekabr ayında geri dönüş olub. Bu buraxılış prosesin davamlı ola biləcəyinə ümid yaranıb", - deyə o qeyd edib.

Sahakyanın sözlərinə görə, qaytarılan hər bir əsirin arxasında siyasi razılaşmalar dayanır: "Mənim fikrimcə, qaytarılma yalnız dövlət orqanları nümayəndələrinin iştirakı ilə mümkündür. Onların iştirakı olmadan, danışıqlar prosesi olmadan məsələni həll etmək mümkün deyil. Bunun üçün ən yaxşı model əməkdaşlıq şəklində hərəkət etməkdir".

Xatırladaq ki, yanvarın 14-də Gevorq Sujyan, David Davtyan, Vigen Euljekjian və Vaqif Xaçatryan Ermənistan tərəfinə qayıtarılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar