Ru
17:49 / 03 Avqust 2026

Erməni müxalifətinin qorxusu: “Azərbaycanlılar Ermənistandan əmlak alır”

Erməni müxalifətinin qorxusu: “Azərbaycanlılar Ermənistandan əmlak alır”
Eye

“Güclü Ermənistan" müxalifət blokunun parlament fraksiyasının rəhbəri Narek Karapetyan Ermənistan parlamentinin yeni tərkibinin ilk iclasında çıxışı zamanı "Səfərov əleyhinə qanun"un qəbul edilməsini təklif edib.

"Bakupost" xəbər verir ki, o bu qanunun, sülhü təmin edəcək və eyni zamanda ölkənin demoqrafik təhlükəsizliyini qoruyacağını iddia edib.

"Həmkarlarımızın çoxu dedi ki, niyə bu məsələ ətrafında vəziyyəti gərginləşdirirsiniz? Gəlin onu gərginləşdirməyək. Bizim bir təklifimiz var - bu məsələ tək bir qanunla həll edilə bilər. Gəlin Azərbaycan vətəndaşlarının ölkəmizdə on gündən artıq qalmasını və Ermənistan Respublikasında daşınmaz əmlaka və ya torpaq sahibi olmasını qadağan edən bir qanun qəbul edək. Bununla, bu məsələni həll etmiş olacağıq”, - deyə Karapetyan bildirib.

O, əlavə edib ki, Türkiyədə də Ermənistan vətəndaşlarına münasibətdə oxşar məhdudiyyət var və ona əsasən Ermənistan vətəndaşlarının orada torpaq əldə etmələrinin qarşısı alınır.

Karapetyan vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsi həm ölkənin inkişafı, həm də Bakı həbsxanalarında saxlanılan həmvətənlərinin geri qayıtması üçün vacibdir.

"Lakin, eyni zamanda, Ermənistanda azərbaycanlıların demoqrafik varlığının formalaşmasının qarşısını alan potensial risklər də nəzərə alınmalıdır", - deyə müxalifətçi əlavə edib.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar