Ru
19:00 / 09 Oktyabr 2026

Erməniəsilli rəqibdən təxribat: Zelim Kotsoyevin haqqı necə tapdalandı? – VİDEO

Erməniəsilli rəqibdən təxribat: Zelim Kotsoyevin haqqı necə tapdalandı? –  VİDEO
Eye

Olimpiya çempionumuz Zelim Kotsoyevin Bakıda keçirilən dünya çempionatında Rusiyanı təmsil edən erməniəsilli idmançı Arman Adamyana qarşı görüşündə qalmaqallı anlar yaşanıb.


"Bakupost" “Qafqazinfo"ya istinadla xəbər verir ki, qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib.

“Qızıl xal” hissəsində isə gərgin anlar yaşanıb. Əvvəlcə Zelim Kotsoyev Adamyana qarşı yuko xallıq fənd işlətsə də, hakimlər bunu dəyərləndirməyib. Daha sonra isə erməniəsilli idmançı eyni fəndi işlədib. Nəticədə, o, qalib elan olunub.

Zelim və məşqçisi etiraz etsə də, qərar dəyişməyib.

Qeyd edək ki, Özbəkistanı təmsil edən erməniəsilli Armen Baqdasarov Bakıda keçirilən dünya çempionatında hakimlərin idarəçiliyinə cavabdehdir. O, Beynəlxalq Cüdo Federasiyasında hakimlər üzrə direktorlardan biridir. Qərarı bu səbəbdən şübhə altına almaq olar.

Qarşılaşmadan sonra isə Arman Adamyan tribunalara qarşı qeyri-etik jest edib. O, qələbədən sonra əllərini qulaqlarının ardına qoyaraq “səsinizi eşitmirəm” jestini edib.

Zelim Kotsoyev də rəqibinin bu hərəkətinə əsəbiləşərək ona etiraz edib.


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar