Ru
20:20 / 05 Fevral 2026

"Ermənilərin mövqeyi istənilən an dəyişə bilər..."

"Ermənilərin mövqeyi istənilən an dəyişə bilər..."
Eye

Konkret olaraq məsələlərə münasibət zamanı Nikol Paşinyanın dilindən və mövqeyindən dəyərləndirməyi birtərəfli yanaşma hesab edirəm. Çünki erməni cəmiyyətinin bəlli hissəsi tamamilə fərqli düşünür və Paşinyanın yanaşmasını müvəqqəti hesab edir.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Ermənişünas alim, siyasi şərhçi Qafar Çaxmaqlı bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışı zamanı səsləndirdiyi “münaqişənin tamamilə ortadan qalxdığı, keçmişdə qaldığı” barədə fikirlərində nə dərəcədə səmimi olub-olmadığı ilə bağlı danışan ekspert eyforiyaya qapılmamağı zəruri sayıb.

Q.Çaxmaqlı xatırladıb ki, Azərbaycanla müharibənin bitmədiyini iddia edən savaş tərəfdarı olan qüvvələr çoxdur və revanşist düşüncəni yaşadanlar var: “Onlar heç də azlıqda deyillər. Azərbaycanın ərazi bütövlüyü Paşinyan səviyyəsində tanınsa da, bu qüvvələr həmin məsələnin parlamentdən keçmədikcə, prezidentin imzasından sonra Konstitusiya Məhkəməsində təsdiq olunmayınca, heç bir məna ifadə etmədiyini bildirirlər. Demək, konfliktin tamamilə ortadan qaldırıldığı iddiası sadəcə ritorikadır, zamana hesablanmış bəyanatdır”. Q.Çaxmaqlı tarixin acı təcrübəsini unutmamağı tövsiyə edir: “Erməniləri tanıyanlar bilirlər ki, onların mövqeyi istənilən an dəyişə bilər. Bu mənada məsələlərə daha ciddi baxmaq şərtdir”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar