Ru
14:24 / 13 Oktyabr 2026

Ermənistan Azərbaycan konflikti yenidən alovlana bilər? – Dayanmadan silahlanırlar

Ermənistan Azərbaycan konflikti yenidən alovlana bilər?  – Dayanmadan silahlanırlar
Eye

Ermənistanda ciddi silahlanma davam edir.

“Bakupost” xəbər verir ki, bunu “Qlobalinfo”ya sabiq millət vəkili Vahid Əhmədov deyib. O qeyd edib ki, Ermənistan Hindistandan silahlar alır, digər dövlətlərlə əlaqələr qurur və silahlanma üçün müxtəlif yardımlar əldə edir:

“Sual yaranır: Ermənistan niyə bu qədər silahlanır? Axı onun Rusiya ilə müharibə aparmaq niyyəti yoxdur və bu ölkə böyük hərbi gücə malik deyil. Ermənistan kiçik dövlətdir. Bütün bunlar müəyyən narahatlıq doğurur”.

V.Əhmədovun sözlərinə görə, Ermənistan ordusunun generallarının tez-tez sərhədə gəlməsi, sərhəd bölgələrinə baxış keçirməsi də diqqət çəkir:

“Onların hansı məqsədlə bu addımları atdıqlarını dəqiq bilmirəm. Ancaq hesab edirəm ki, Azərbaycan ehtiyat tədbirlərini görməli və təhlükəsizliyini möhkəmləndirməlidir”.

Hərbi ekspert İbrahim Rüstəmli “Bakupost”a bildirib ki, bu məsələ hər zaman aktualdır:

“Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, nəinki XXI, hətta gələn əsrin müharibələrinə hazır olmalıyıq.

Çünki burada əsas söz sahibi Ermənistan deyil. Ermənistan marianet dövlət kimi Rusiya hərbçilərinin dəstəyi sayəsində Qarabağı işğal etmişdi. İndi İrəvan kordinatları dəyişib. Rusiyadan tədricən uzaqlaşır. İrəvanın yeni müttəfiqləri arasında da heç də Azərbaycana dost olan ölkələr yer almır. Burada əsas rolu Fransa və Hindistan oynayır. Parisin Türkiyə və Azərbaycana münasibəti aydındır. Yəni Ermənistanın bu cür yeni müttəfiqləri təbii ki, Azərbaycanın maraqları çərçivəsində deyil”.

Müsahibimiz Ermənistanla Azərbaycan arasında Qarabağ seqmentində konfliktin yenidən yarana biləcəyini istisna etmir.
Onun fikrincə, bu o vaxt baş verə bilər ki, Ermənistan özünü hərbi və siyasi baxımdan Azərbaycandan güclü hesab etsin:

“Belə vəziyyət yaranarsa, konflikt istənilən vaxt yenidən partlaya bilər”.

Bu xüsusda müsahibimizin sözlərinə görə, Azərbaycanın alternativ variantları var:

“Ölkəmiz dövlət büdcəsindən Silahlı Qüvvələr quruculuğuna hər il ayırdığı vəsaiti artırır. Silah sənayesi sahəsində də daima irəliləyişlərə nail oluruq. Azərbaycanın dövlət siyasətində bu fakt strateji baxımdan daim ön planda saxlanılır. Azərbaycan Ermənistanın hərbi sistemində baş verən hadisələri diqqətlə izləyir və buna alternativ olaraq preventiv tədbirlər görür. Hər an eskalasiya baş verə bilər. Çünki İrəvan protektor kimi müəyyən xarici güclərin mövqeyini özü üçün prioritet hesab edir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar