Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya-Ukrayna münaqişəsinin mahiyyəti ilə bağlı diqqətçəkən açıqlama verib.
“Bakupost” xəbər verir ki, o, bu haqda Rusiyanın Omsk şəhərində keçirilən XXII Qazaxıstan–Rusiya Regionlararası Əməkdaşlıq Forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı danışıb:
“Ermənistan və Azərbaycan arasında, münaqişənin mahiyyəti və kökləri bizə tam aydın idi, çünki bu, tarixə söykənirdi. Amma burada bunu anlamaq çox çətindir”, – deyə Tokayev vurğulayıb.
Qazaxıstan lideri, həmçinin Rusiya-Ukrayna müharibəsinin artıq dondurulmasının və tərəflərin “İstanbul 2.0” formatına qayıdaraq danışıqları bərpa etməsinin vaxtının çatdığını bildirib. Onun sözlərinə görə, bu istiqamətdə böyük dövlətlərin, o cümlədən Rusiyanın təminatları ilə sülhə doğru irəliləmək mümkündür.