Ru
17:06 / 05 İyun 2026

Ermənistan iki od arasında: Paşinyan kimi seçəcək?

Ermənistan iki od arasında: Paşinyan kimi seçəcək?
Eye

Rusiya istəyir ki, Ermənistan Avropa Birliyinə üzvlüklə bağlı referendumu mümkün qədər tez keçirsin.

Bakupost.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) deyib.

Bakupost.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) danışan Rusiya Prezidenti Vladimir Putin erməni rəsmilərdən hansı istiqamətdə gedəcəklərilə bağlı mümkün qədər tez qərar vermələrini xahiş edib.

Maraqlıdır ki, Rusiya son zamanlar sözügedən məsələ ilə bağlı Ermənistanda referendum keçirilməsi məsələsini davamlı olaraq qaldırır. Ermənistan hakimiyyəti isə hər dəfə də bunun vaxtının çatmadığını bəyan edir.

Siyasi şərhçi Mehman Əliyev Bakupost.az-a bildirib ki, Putinin referendumu tezləşdirmək istəyi Ermənistan elektoratına hesablanmış təklifdir:

“Ermənistana son zamanlar ABŞ və AB nümayəndələrinin səfərləri intensivləşib. Rusiyada öz növbəsində Ermənistana təzyiq edir. Bütün bunlar nəticədə Ermənistan cəmiyyətinin Paşinyan ətrafında cəmləşməsinə gətirib çıxarır. Görünən odur ki, erməni cəmiyyəti daha çox Qərbə meyllidir. Ona görə də Rusiyanın hər bir təzyiqi erməniləri Avropaya tərəf daha çox sürükləyir”.

Ekspert hesab edir ki, Putinin bu strategiyası əslində Paşinyanın yenidən qələbə qazanmasına hesablanıb:

“Rusiyanın təzyiqləri Ermənistanda Paşinyan tərəfdarlarının sayının daha da artmasına rəvac verir. Deməli, Putin bu addımları ilə həm də Paşinyana dəstək verir. Onun bu strategiyası Paşinyanın yenidən qələbə qazanmasına hesablanıb”.

Həmsöhbətimizə görə, Putinin təklifi regionda böyük güclərin maraqlarının üst-üstə düşdüyünün göstəricisi də sayıla bilər:
“Paşinyan məsələsi qlobal məsələdir. Azərbaycan-Ermənistan münasibətləri də qlobal məsələdir. Burada böyük maraqlar üzləşir. Böyük maraqlar üçün regionda stabillik, yolların açılması, əməkdaşlıq əsas prioritetdir. Hazırda Qərb və Rusiya bu imkanlardan bəhrələnməkdə maraqlıdırlar. Nəticədə regionda onların maraqları üst-üstə düşür. Maraqlar toqquşması yoxdur. Hamı bir-birinə bağlıdır. Heç kim regionda birtərəfli şəkildə hərəkət edə bilmir”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar