Ru
12:05 / 30 İyun 2026

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan
Eye

İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanıması məsələsində səmimilik amili minimum səviyyədədir, bu, humanitar və ya dəyərlərə əsaslanan yanaşma deyil, mövcud Türkiyə-İsrail münasibətlərinin təbiətinə əsaslanan soyuq, siyasi və praqmatik hesablamadır.

Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bunu erməni professor və türkoloq Ruben Melkonyan deyib.

“İsrail məhz Ankara ilə münasibətlərin gərginləşdiyi bir vaxtda, qlobal mediada ajiotaj yaradaraq, qondarma “erməni soyqırımı” məsələsinə diqqət çəkir. Düşünürəm ki, bu qərara yanaşmamız mümkün qədər təmkinli olsaydı, düzgün olardı, xüsusən də İsrail parlamenti tərəfindən hələ təsdiqlənmədiyi üçün. Ermənistan istənilən konfiqurasiya və istənilən məsələnin kontekstində mahiyyət etibarilə həlledici amil deyil. Yəni, İsrail qəbul etsə də, etməsə də, tanısa da, tanımasa da, Ermənistan bu oyunda deyil. Hazırkı vəziyyətdə qondarma “erməni soyqırımı”nın tanınması məsələsi Ermənistan-Türkiyə münasibətlərinə təsir göstərə bilməyəcək”, - o bildirib.

Melkonyan istisna etmir ki, İrəvanın susqunluğu təkcə davam etməyəcək, hətta pərdəarxasında rəsmi şəxslər türkiyəli və azərbaycanlı həmkarlarını baş verənlərlə heç bir əlaqələrinin olmadığına və İsrailin qərarına hər hansı təsir göstərə bilmədiklərinə inandırmağa çalışacaqlar.

Şərhlər
  • Belmon Şalimov

    Siyasi-hüquqi dünya aləminin tanıyıb-qəbul etməli olduğu rəsmi Tel-evev İsrail daim Hərbi Güclə dəstəklənən işğal cinayətinə ədalətlə-qarşı çıxanların hamısına birdən olmasa da, hər birinə hər hansısa tərs-dağıdıcı münasibət sərgiləməkdədir? Aralarında minlərlə Kilometr məsafə olan lap olsun İslami Tehranın və ya əksinə Alman dövlətindən hüquqi təzminat dəstəyinə də layiq rəsmi Tel-Evevin uzaq İran ölkəsi ilə nə haqq-hüquq ədavəti? Təbii ki, SSRİnin son İslahatçı qruplaşmasının 1981ci ildə beynəlxalq Hərbi-İqtisadi rəqabətə təslim-buraxılmasından sonra ən böyük Hərbi-təhlükəsizlik Məsuliyyəti birbaşa ABŞnın, Ağ Evin üzərinə düşür?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar