Ru
23:24 / 17 İyun 2026

Ermənistan müxalifəti birləşir

Ermənistan müxalifəti birləşir
Eye

Ermənistanlı iş adamı Samvel Karapetyan müxalif qüvvələrin birləşdirilməsi prosesinə start verildiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, o, müxtəlif erməni KİV-lərinə müsahibəsində ölkədəki müxalif düşərgənin daha sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

Karapetyan bu məqsədlə koordinasiya şurasının yaradılmasını, ictimaiyyətlə açıq dialoqun qurulmasını və mövcud problemlərin canlı yayımlar vasitəsilə müzakirə edilməsini təklif edib.

Onun sözlərinə görə, seçkilərdən əvvəl bir sıra müxalif qüvvələrlə ortaq mövqeyə gəlmək mümkün olmasa da, hazırkı şəraitdə birləşmə Ermənistan və xalq üçün xüsusi əhəmiyyət daşıyır.

Karapetyan bildirib ki, ölkədəki mövcud vəziyyət müxalifətin fəaliyyətini əlaqələndirməsini və vahid platformada çıxış etməsini zəruri edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar