Ru
10:53 / 23 Sentyabr 2026

Ermənistan rəsmisi elə gəldiyi gün Bakını tərk edib - VİDEO

Ermənistan rəsmisi elə gəldiyi gün Bakını tərk edib  - VİDEO
Eye

Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan sentyabrın 22-si Bakıya səfər edib.

“Bakupost” “NEWS.am”a istinadən xəbər verir ki, IV Bakı Təhlükəsizlik Forumunda iştirak edən Qriqoryan elə ötən gün yerli vaxtla saat 23:40-da ölkəsinə qayıdıb.

İlk olaraq onun olduğu təyyarənin saat 21:40-da İrəvana qayıtmalı olduğu bildirilsə də, eniş gözləniləndən 2 saat sonra baş tutub. Gecikmənin səbəbi isə hələ açıqlanmayıb.

Hava limanında olarkən jurnalistlər Qriqoryana bir neçə sual ünvanlayıblar. Erməni jurnalistlər xüsusilə də Bakıda saxlanılan separatçı ermənilərin geri qaytarılması məsələsinin müzakirə olunub-olunmadığını soruşublar. Buna baxmayaraq, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri sualları cavablandırmayıb.

Qeyd edək ki, sentyabrın 22-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar