Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda baş tutan son parlament seçkilərindən danışıb.
Bakupost.az xəbər verir ki, XİN sözçüsü iyunun 7-də keçirilən səsvermə prosesi zamanı yerli müxalif qüvvələrin ciddi sıxışdırıldığını bəyan edib.
Zaxarova vurğulayıb ki, seçki prosesi hakimiyyətin müxalifətə qarşı görünməmiş inzibati təzyiqləri altında reallaşıb.
Diplomat, həmçinin seçkilərin gedişatına xarici qüvvələrin təsir etdiyini bildirərək, prosesə Qərb tərəfindən misli görünməmiş daxili müdaxilənin olunduğunu diqqətə çatdırıb.