Ru
18:53 / 12 Yanvar 2026

Ermənistan Solovyovun açıqlamaları ilə bağlı Rusiyaya nota verdi

Ermənistan Solovyovun açıqlamaları ilə bağlı Rusiyaya nota verdi
Eye

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat katibi Ani Badalyan məlumat verib.

Qeyd olunub ki, S.Kopırkinə rusiyalı jurnalist Vladimir Solovyovun açıqlamaları ilə bağlı etiraz məktubu təqdim edilib.

Xatırladaq ki, rusiyalı aparıcı və şərhçi Vladimir Solovyov Ermənistanın itirilməsinin Rusiya üçün ciddi problem olduğunu bildirib və Ukrayna nümunəsinin Ermənistanda həyata keçirilməsi zərurətindən danışıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar