Ru
16:59 / 28 Avqust 2026

Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
Eye

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

"Bakupost" xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 280 ton olan arpa 28 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 54 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 334 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar