Ru
23:37 / 10 Noyabr 2025

Ermənistana buğda tədarük edilməsi...- Rusiya XİN

Ermənistana buğda tədarük edilməsi...- Rusiya XİN
Eye

Ermənistana buğda tədarükü Azərbaycan və Gürcüstandan keçən yeni dəmir yolu marşrutu ilə mümkün qədər tez təşkil olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"İlk partiya bu il noyabrın 6-na keçən gecə gəlib. Bu, regional kommunikasiyaların qarşısının alınması üzrə Üçtərəfli İşçi Qrupu çərçivəsində görülən səylər və Rusiya, Ermənistan, Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə əldə edilmiş razılaşmalar nəticəsində mümkün olub. Rusiya yuxarıda adları çəkilən Cənubi Qafqaz respublikaları arasında münasibətlərin tənzimlənməsində iştirak edərkən həmişə onların suveren milli maraqlarını rəhbər tutub. Lakin Qərbin vasitəçilik səyləri hələ zamanın sınağından çıxmayıb" - deyə, Rusiya XİN qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar