Ru
21:44 / 03 İyul 2026

Ermənistanda bu şəxslərin seçkilərdə iştirakı qadağan edildi

Ermənistanda bu şəxslərin seçkilərdə iştirakı qadağan edildi
Eye

Ermənistanda ölkədən kənarda daimi yaşayan vətəndaşların seçkilərdə səs verməsi qadağan edilib.


"Bakupost" xəbər verir ki, müvafiq dəyişikliklər parlament tərəfindən Seçki Məcəlləsinə ikinci və yekun oxunuşda qəbul edilib.

Beləliklə, parlament seçkilərində və referendumlarda yalnız son 730 günün ən azı 366 gününü daimi olaraq Ermənistanda yaşamış Ermənistan vətəndaşları iştirak edə biləcəklər. Bu tələb növbəti seçkilərdən 48 gün əvvəl, növbədənkənar seçkilərdən isə 28 gün əvvəlki tarixə olan vəziyyət üzrə yerinə yetirilməlidir.

Dəyişikliklərin müəllifləri Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasının deputatlarıdır. Onlar bu qərarı onunla əsaslandırıblar ki, xaricdə daimi yaşayan vətəndaşlar çox vaxt ölkədaxili siyasi vəziyyət barədə kifayət qədər məlumatlı olmurlar və ya yaşadıqları dövlətin siyasi gündəminin təsiri altında ola bilərlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar