Ru
12:24 / 15 İyun 2026

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?
Eye

Ermənistanda Azərbaycan vətəndaşlarının adına qeydiyyatda olan heç bir daşınmaz əmlak yoxdur. 2025-ci ildə isə Türkiyə vətəndaşları respublikada yalnız 4 daşınmaz əmlak əməliyyatı həyata keçiriblər.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” agentliyi Ermənistanın Kadastr Komitəsinə istinadən məlumat yayıb.

Qurumun məlumatına görə, ötən il Türkiyə vətəndaşları İrəvanın Kentron inzibati rayonunda bir mənzil alıb, həmçinin Kotayk vilayətinin Jrvej kəndində iki mənzil və bir torpaq sahəsi satıblar.

“Ermənistan Respublikasında Azərbaycan vətəndaşları tərəfindən qeydiyyatda olan heç bir əmlak yoxdur”, — deyə Kadastr Komitəsi bildirib.

Həmçinin qeyd olunub ki, 2026-cı ilin yanvar–aprel aylarında Türkiyə vətəndaşları Ermənistanda daşınmaz əmlakla bağlı heç bir əməliyyat aparmayıblar.

Ümumilikdə 2025-ci ildə xarici vətəndaşların iştirakı ilə 4 413 daşınmaz əmlak əməliyyatı qeydə alınıb. Xaricilər 2 014 obyekt alıb, 2 524 obyekt isə satıblar.

Xarici alıcılar arasında ən çox tələb olunan əmlak növləri mənzillər, torpaq sahələri və qarajlar olub. Əməliyyatların əksəriyyəti İrəvanda həyata keçirilib. Kotayk və Lori bölgələri də aktiv regionlar sırasında yer alıb.

Ermənistanda daşınmaz əmlak alan əcnəbilər arasında ilk yeri Rusiya vətəndaşları tutur. Onların ardınca ABŞ və İran vətəndaşları gəlir. Əmlak alanlar arasında həmçinin Suriya, Avropa ölkələri və digər MDB dövlətlərinin vətəndaşları da var.

2026-cı ilin birinci rübündə xarici vətəndaşlar 525 əmlak alıb, 572 əmlak isə satıblar. Əməliyyatların böyük hissəsini mənzillər, torpaq sahələri, yaşayış evləri və qarajlar təşkil edib.

Kadastr Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Türkiyə vətəndaşları Ermənistanda 3 mənzil alıblar və bunların hamısı İrəvanda yerləşib. 2023-cü ildə Azərbaycan vətəndaşları əmlak almayıb. 2022-ci ildə isə onlar İrəvan və Lori bölgəsində iki daşınmaz əmlak əldə ediblər.

Şərhlər
  • B.Kolxozdar

    BakıPosta üzlə bildirmək istərdim ki, xəbərin məzmunu başlığına uyğun gəlmir? Hər ki tərəfi və qalan siyasi-hüquqi aləmi 1987ci ilin fevralına qədər Ermənistanda rəsmən (əsasən kəndlərdə, rayonlar və şəhərlərdə rəsmən neçə azərbaycanlı, ailələri ev-mülkləri, təsərrüfat sahələri və əmlakları ilə qeydlərdə olması daha maraqlı deyilmi? Həmin tarixə əski DQMV qeydiyyatında 87 min nüfuz ermənilər olub. Ermənistandan 165 min azərbaycanlının deportu və elə həmin DQMVdən hərbi terrorla 630 mindən çox azərbaycanlının qovulduğu məlumatları səslənmişdi? Sülhə ən qısa yaşıl yol həmin keçmişin dəqiqləşdirilməsi və heç təkid, rica və təklifsiz etirafıdır!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar