Ru
22:23 / 19 İyun 2026

Ermənistanda parlament seçkilərinin nəticələrinin ləğvi tələb edilir

Ermənistanda parlament seçkilərinin nəticələrinin ləğvi tələb edilir
Eye

İrəvanın keçmiş meri Hayk Marutyanın “Yeni Qüvvə” partiyası Ermənistanın Konstitusiya Məhkəməsinə parlament seçkilərinin nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə ərizə təqdim edib.


Bakupost.az xəbər verir ki, partiya namizədi Hakob Karapetyan bu barədə jurnalistlərə danışıb.
Oxşar ərizələr Konstitusiya Məhkəməsinə “Güclü Ermənistan” bloku, “Birlik Qanadları”, “Çiçəklənən Ermənistan”, “Demokratiya, Hüquq, İntizam”, “Ermənistan” bloku və "Respublika üçün Demokratiya Müdafiəçiləri Birliyi" partiyaları tərəfindən də təqdim edilib.

“Seçki nəticələrinin legitimliyinə ciddi şübhələrimiz var. Mərkəzi Seçki Komissiyasının 14 iyun tarixli qərarı, yəni komissiyanın üç seçki məntəqəsində nəticələri ləğv etməsi və təkrar səsvermə təyin etməməsi, bizim fikrimizcə, bir neçə min seçicinin iradəsinə etinasızlıq təşkil edir. Ümid edirik ki, Konstitusiya Məhkəməsi ədalətli qərar verəcək”, - Karapetyan qeyd edib.

Onun sözlərinə görə, partiya artıq lazımi addımları atıb və bunu ardıcıl olaraq davam etdirəcək.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı ildə keçirilib. Rəsmi nəticələrə görə, Parlamentə üç siyasi qüvvə daxil olub: “Vətəndaş Müqaviləsi Partiyası” səslərin 49,7456%-ni (726.819 səs), “Güclü Ermənistan” bloku 23,2710% (340.060 səs) və “Ermənistan” bloku 9,9231% (144.983 səs) toplayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar