Ermənistanda müxalif "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyana məxsus "Ararat Noy" İrəvan Konyak-Şərab-Araq Kombinatı dövlət nəzarətinə keçib.
"Bakupost" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, "Ararat Noy" kombinatının səhmlərinin idarə olunması və saxlanılması Ermənistan İqtisadiyyat Nazirliyinə verilib.
Xatırladaq ki, bu ilin iyul ayında Sarukyana məxsus "Araratsement" şirkəti də dövlətin idarəçiliyinə və mühafizəsinə verilmişdi.
İyunun əvvəlində isə Qaqik Sarukyan barəsində xüsusilə külli miqdarda vergidən yayınma ittihamı ilə cinayət işi başlanıb. Məhkəmə onun barəsində ölkədən çıxışa qadağa qətimkan tədbiri seçib.
Bundan əvvəl Qaqik Sarukyan Ermənistanın baş naziri Nikol Paşinyana və ölkənin ictimai televiziya yayımçısına qarşı məhkəməyə müraciət etmişdi.