Ermənistan hüquq-mühafizə orqanları Rusiya vətəndaşı (çeçen) olan 48 yaşlı şəxsi saxlayaraq ölkədən deportasiya edib.
Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, polis şübhələnir ki, həmin şəxs ölkəyə qızını öldürmək məqsədilə gəlibmiş. Hadisənin qarşısı hüquq-mühafizə orqanlarının operativ reaksiyası sayəsində alınıb. Olayda polis ilə hüquq müdafiəçilərinin birgə işi diqqət çəkib.
Vanadzor şəhərindəki Helsinki vətəndaş assambleyasının rəhbəri, hüquq müdafiəçisi Artur Sakunts qeyd edib ki, saxlanılan şəxs gələcəkdə də Ermənistana girişdən məhrum edilib. O əlavə edib ki, 49 yaşlı kişinin öldürmək istədiyi qızı müəyyən müddət qoruma təmin olunacaq..
Ermənistan Daxili İşlər Nazirliyi açıqlayıb ki, ötən həftə axşam saatlarında İrəvanın Şengavit rayon polis idarəsinə xarici ölkə vətəndaşı zəng edərək bildirib ki, onun rəfiqəsinə ölüm hədəsi gəlir. Polis dərhal müdaxilə edib və qız həmin hədələri təsdiqləyib.
“Əvvəlki oxşar faciəvi hadisələrdə polis məlumatlandırılmadığından fəsadlar qaçılmaz olmuşdu. Bu dəfə isə operativ və sürətli reaksiyanın sayəsində faciənin qarşısı alındı”, – deyə polisin açıqlamasında bildirilir.
Qeyd edək ki, 2025-ci ilin oktyabrında Ermənistanda Çeçenistan əsilli 23 yaşlı Ayşat Baymuradova ölü tapılmışdı. O, hüquq müdafiəçilərinin köməyi ilə Çeçenistandan qaçmışdı. Baymuradova Karina İminova ilə görüşə gedərkən geri qayıtmayıb. İminova Ermənistanda Said-Həmzat Baysarov tərəfindən müşayiət olunub. Baysarov biznesmen Ruslan Baysarovun qohumu hesab edilir – Ruslan Baysarov isə Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın dostudur. Ermənistan hüquq-mühafizə orqanları hesab edir ki, İminova və Baysarov hələ müəyyən edilməmiş şəxsin göstərişi ilə hərəkət ediblər.
Cavid, BakuPost