Ru
14:06 / 17 İyun 2026

Ermənistanda seçki zamanı daha bir rüşvətin üstü açıldı - VİDEO

Ermənistanda seçki zamanı daha bir rüşvətin üstü açıldı - VİDEO
Eye

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçkilər zamanı rüşvət vermə və rüşvət alma ilə bağlı növbəti qanunsuzluqların üstünü açıb.

Bakupost.az Bizim.Media-ya istinadla xəbər verir ki, Komitənin mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində "Çiçəklənən Ermənistan" Partiyasının nümayəndələrinin parlament seçkilərində öz xeyirlərinə səs verilməsi və tərəfdarların cəlb edilməsi müqabilində Lori vilayətinin Spitak icmasının Qoqaran yaşayış məntəqəsindən və ətraf rayonlardan olan bir qrup seçiciyə rüşvət verdiyinə dair faktiki sənədlər və sübutlar əldə edilib.

Faktla bağlı cinayət işi başlanılıb, bir neçə nəfər saxlanılıb və zəruri prosessual addımlar atılıb.

Ətraflı məlumat videoda təqdim olunur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar