Ru
13:48 / 27 İyun 2026

Ermənistanda vitse-spiker postları uğrunda mübarizə başlayıb

Ermənistanda vitse-spiker postları uğrunda mübarizə başlayıb
Eye

Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" Partiyasında parlament rəhbərliyində vəzifələrin bölüşdürülməsi prosesi davam edir.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, Milli Assambleyanın sədri vəzifəsinə namizəd müəyyənləşdirildikdən sonra növbəti mərhələdə vitse-spiker postlarına namizədlərin seçilməsi həyata keçiriləcək.

Məlumata görə, namizədlərin irəli sürülməsi prosesi artıq başlayıb. İndiyədək bu vəzifəyə iki nəfər – Vaaqn Aleksanyan və Alxas Kazaryanın namizədliyi irəli sürülüb.

Bu gün namizədlərin irəli sürülməsi üçün son gündür. Müraciətlər elektron poçt vasitəsilə qəbul edilir, daha sonra isə partiyanın aparatı bütün namizədləri idarə heyətinin müzakirəsinə təqdim edəcək.

Gözlənilir ki, gələn həftə hakim partiyanın idarə heyəti Milli Assambleya sədrinin müavinləri vəzifələrinə namizədlərlə bağlı yekun qərar qəbul edəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar