Ermənistanın baş nazir Nikol Paşinyan Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatının baş tutduğunu açıqlayıb.
"Bakupost" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
"İlk sövdələşmə (Ermənistandan Azərbaycana ixrac) artıq baş tutub", deyə baş nazir əlavə edib.
Paşinyan təfərrüatları açıqlamayıb və qeyd edib ki, yaxın vaxtlarda bu prosesdə iştirak edən şirkətlərin özləri ictimaiyyətə məlumat verəcək.