Ru
19:49 / 09 Yanvar 2026

Ermənistandan Azərbaycana ixrac olanucaq mallar açıqlandı

Ermənistandan Azərbaycana ixrac olanucaq mallar açıqlandı
Eye

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkəsindən Azərbaycana ixrac edilə biləcək malların siyahısını açıqlayıb.

Bakupost.az Report-a istinadla xəbər verir ki, nazir bunu "Factor.am"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Bakı və İrəvan Ermənistandan Azərbaycana alüminium folqa, onun istehsalı üçün xammal, ferromolibden, tekstil və digər məhsulların tədarükü imkanları barədə danışıqlar aparır.

"Eyni zamanda, müəyyən malların idxalında maraqlı olan Azərbaycan şirkətləri də var. Azərbaycan tərəfi onları maraqlandıran konkret malların siyahısını təqdim edib, biz ixrac edə biləcəyimiz miqdar haqqında məlumat göndərmişik. Bizim siyahımıza qızılgüllər, istixana məhsulları: pomidor, bibər daxildir. Biz təxmini qiymət təklif etmişik", - Papoyan deyib.

Bununla belə, o, tədarükün başlama vaxtını açıqlamayıb.

Qeyd edək ki, 2025-ci ilin dekabrında Azərbaycandan Ermənistana neft məhsullarının birbaşa tədarükünə başlanılıb. Ermənistan tərəfi Azərbaycandan digər məhsulların da tədarükündə maraqlı olduğunu bəyan edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar