Seçkilərdən sonra Ermənistanın bəzi müxalifət liderləri ölkədən qaçmağa çalışırlar.
Bakupost.az xəbər verir ki, seçkilərdə 3,98 faiz səs toplamaqla parlamentə düşə bilməyən "Çiçəklənən Ermənistan" blokunun lideri milyarder Qaqik Tsarukyan Ermənistandan qaçmağa cəhd edib.
Sosial şəbəkələrdə dərc olunmuş fotoşəkillərdə Tsarukyanın Zvanorts Beynəlxalq Hava Limanında ölkəni tərk etməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı görüntülənir.
Nəticədə onun qaçış planı baş tutmayıb.
Qeyd edək ki, hələ 2025-ci ilin dekabrında təhlükəsizlik qüvvələri Qaqik Tsarukyan barəsində Ermənistan Respublikası Cinayət Məcəlləsinin 507-ci maddəsinin 1-ci hissəsi üzrə (məhkəmə aktını icra etməmə) açılan cinayət işinə görə onun Ermənistandan çıxışına qadağa qoyub.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan seçkidən bir qədər əvvəl müxalifət liderlərinin cinayət məsuliyyətinə cəlb edilməli olduğunu bildirib.
Rüfət Sultan, BakuPost