Ru
14:34 / 28 Yanvar 2026

Ermənistan aviaşirkətləri Avropa İttifaqının “qara siyahısı”nda

Ermənistan aviaşirkətləri Avropa İttifaqının “qara siyahısı”nda
Eye

Avropa Komissiyası “EU Air Safety List” (Avropa İttifaqının Uçuş Təhlükəsizliyi Siyahısı) çərçivəsində Ermənistanda qeydiyyatdan keçmiş bütün mülki aviaşirkətləri yenidən Avropa Birliyi hava sahəsində uçuşlar üçün qadağan edilmişlər siyahısına daxil edib.

Bakupost.az xəbər verir ki, bu barədə AB-nin rəsmi nəşrləri və aviasiya ekspertlərinin açıqlamaları göstərir.

Məlumata görə, siyahıya daxil edilmiş 169 aviaşirkətdən bəzi hissəsi 17 ölkənin mülki aviasiya orqanları tərəfindən sertifikatlaşdırılıb və onların AB hava məkanında uçuşuna icazə verilmir. Bu ölkələr arasında Ermənistanın bütün mülki aviaşirkətləri də yer alır.

Avropa Komissiyası və müvafiq ekspert qrupları bildiriblər ki, bu qərar Ermənistan aviaşirkətlərinin beynəlxalq uçuş təhlükəsizliyi standartlarına tam cavab verməməsi səbəbindən verilib. Bu qərar siyasi deyil, texniki təhlükəsizlik qiymətləndirməsi əsasında qəbul olunub.

2020-ci ildən bəri Ermənistan aviaşirkətləri bu “qara siyahı”dadır və bu səbəbdən Avropa Birliyinə birbaşa kommersiya uçuşları həyata keçirə bilmirlər. Ermənistan tərəfi son illərdə beynəlxalq auditlər keçirərək pozuntuların aradan qaldırılması üçün iş aparsa da, siyahıdan çıxarılması ilə bağlı yekun qərar hələ də verilməyib.

Avropa Komissiyası bildirir ki, bu siyahı hava təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və müvafiq ölkələrə standartlara uyğunlaşma üçün dəstək təklif olunur.

Avropa Komissiyasının yenilənmiş siyahısında ölkələr arasında Əfqanıstan, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Cibuti, Ekvatorial Qvineya, Eritreya, Qırğızıstan, Liberiya, Liviya, Nepal, San-Tome və Prinsipi, Syerra-Leone, Sudan, Surinam və Tanzaniya yer alır. Avropa Komissiyası qeyd edir ki, siyahı mütəmadi yenilənir və qərarlar siyasi deyil, yalnız uçuş təhlükəsizliyi üzrə texniki qiymətləndirmələr əsasında qəbul olunur.

Qərarda Rusiyaya münasibətdə də sərt mövqe qorunub saxlanılıb. Daha əvvəl tətbiq edilən məhdudiyyətlərin davamı olaraq, Rusiya mənşəli 22 aviaşirkətin Avropa Birliyinin hava məkanında uçuşlarına tam qadağa qüvvədə qalır. Bu qadağalar həm təhlükəsizlik, həm də siyasi və sanksiya xarakterli qərarların tərkib hissəsi kimi qiymətləndirilir.

Eyni zamanda, iki ölkənin aviaşirkətlərinə tam qadağa tətbiq edilməyib, lakin onların fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. Söhbət İran Hava Yolları və Şimali Koreyaya məxsus “Air Koryo” şirkətindən gedir. Bu aviaşirkətlər yalnız məhdud və xüsusi şərtlər çərçivəsində AB daxilində fəaliyyət göstərə bilər.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar