Ru
16:21 / 05 İyun 2026

"Ermənistanla bağlı qərarımızı seçkidən sonra verəcəyik"

"Ermənistanla bağlı qərarımızı seçkidən sonra verəcəyik"
Eye

Ermənistan Avropa İttifaqına (Aİ) inteqrasiyanı davam etdirmək qərarına gəlsə, Rusiya İrəvanı nə Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində, nə də ikitərəfli müqavilələr çərçivəsində dəstəkləyəcək. Növbəti qərarlar, digər məsələlərlə yanaşı, Ermənistanda keçiriləcək qarşıdan gələn seçkilərin nəticəsindən asılı olacaq.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

Baş nazirin müavini xatırladıb ki, Rusiya hələ də AİB çərçivəsində Ermənistana qarşı öhdəliklərini qoruyub saxlayır, amma İrəvan fikrini dəyişməsə və Aİ-yə üzv olmaq qərarına gəlsə, bu öhdəliklərə yenidən baxıla bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar