Ru
11:22 / 29 İyul 2026

Ətin qiyməti artdı - VİDEO

Ətin qiyməti artdı - VİDEO
Eye

Sümüksüz mal əti və quzu ətinin qiyməti artıb...

"Bakupost" Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən ət satışı mağazalarında iribuynuzlu və xırdabuynuzlu heyvan ətlərinin qiymətində artım müşahidə olunur.

Qəssabların sözlərinə görə, qiymət artımı təxminən son bir ay ərzində baş verib. Artım əsasən sümüksüz dana və çəkisi az olan quzuların ətlərində qeydə alınıb.

Alıcılara çəkisi az olan quzuların ətləri kiloqramı 25-26 manatdan təklif olunur. Qəssabların sözlərinə görə, qiymətin yüksək olmasına baxmayaraq, ən çox tələbat məhz bu quzularadır:

Satıcılar qiymət artımını bir neçə səbəblə əlaqələndirirlər. Onların sözlərinə görə, əsas səbəblərdən biri heyvan yeminin bahalaşmasıdır:

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, qiymət artımının əsas səbəblərindən biri saxlanılan heyvanların sayının azalmasıdır:

O da qeyd edildi ki, ucuz ət idxalının azalması, eləcə də Rusiya-Ukrayna müharibəsi ətin qiymətinin artmasına təsir göstərən amillərdəndir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar