Ru
17:54 / 22 Oktyabr 2026

Etiraz aksiyalarını qadağan edəcəklər

Etiraz aksiyalarını qadağan edəcəklər
Eye

“Fransa yaxın günlərdə qanunsuz etiraz aksiyalarını qadağan edəcək”.

“Bakupost” “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron dövlət rəsmiləri ilə böhran vəziyyətini müzakirə etdikdən sonra danışıb.

O bildirib ki, Fransada regional hakimiyyət orqanları, həmkarlar ittifaqları tərəfindən təşkil olunanlar istisna olmaqla, qarşıdakı günlərdə keçirilməsi planlaşdırılan bütün qanunsuz nümayişlər qadağan ediləcək.

Bununla yanaşı, E.Makron oktyabrın 17-də baş verən iğtişaşlara görə ifrat solçu qrupları günahlandırıb.

Qeyd edək ki, Fransanın üçüncü ən böyük şəhəri olan Lyonda bu şənbə günü keçirilməsi planlaşdırılan bütün etiraz aksiyaları qadağan edilib.

Onu da xatırladaq ki, son günlər Fransada yanacağın bahalaşmasına və alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı kütləvi etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı çox sayda mağaza talanıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar