İsfahan şəhərinin İnqilab Məhkəməsi 32 yaşlı reper Məhnam Nəvvab Səfəvi barədə ölüm hökmü verib.
"Bakupost" xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
O, “dövlət və ümumi əmlakı yandırmaqda iştirak”, “hökumətə qarşı təbliğat” və “vətəndaşları qırğına çağırmaq”da günahlandırılıb.
Qeyd edək ki, Məhnam Nəvvab Səfəvi yanvarın 10-da İsfahanda keçirilən etiraz aksiyası zamanı həbs edilib.