Ru
11:25 / 20 Avqust 2026

Etnik mədəni birliklər və rəqəmsallaşma - ARAŞDIRMA

Etnik mədəni birliklər və rəqəmsallaşma - ARAŞDIRMA
Eye

Azərbaycanda yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların mədəni mərkəzləri, media resursları və sosial şəbəkə hesabları rəqəmsallaşan günümüzdə istənilən səviyyədə deyil. Təəssüf ki, ölkəmizdə irili-xırdalı 40-dək multikultural subyektlər yaşasa da onların barmaqla sayılası qədəri ictimai və mədəni birlik formasında təşkilatlanıb. İkinci mühüm problem isə bu xalqların təşkilatlananları da rəqəmsallaşma erası ilə ayaqlaşa bilmirlər. Bu yazıda biz həm mədəni birlik forması alan milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların mədəni mərkəzləri, həm də rəqəmsal resurları barədə məlumat verməyə çalışacağıq.

Alban-Udi Xristian İcması

Alban-Udi Xristian İcması Azərbaycan Respublikasında fəaliyyət göstərən rəsmi qeydiyyatdan keçmiş dini icmadır. İcma özünü qədim Qafqaz Albaniyası Apostol Kilsəsinin varisi hesab edir və Azərbaycanda yaşayan udi xalqının dini və mədəni irsinin qorunması istiqamətində fəaliyyət göstərir. İcma 2003-cü ildə dövlət qeydiyyatına alınıb, 2009-cu ildə isə yenidən qeydiyyatdan keçib.

Azərbaycan Alban-Udi Xristian İcmasının sədri Robert Mobilidir. O, 2003-cü ildən icmaya rəhbərlik edir və Alban kilsəsinin dirçəldilməsi istiqamətində həyata keçirilən layihələrin fəal iştirakçılarından biridir.

İcmanın internet saytı (//udi.az/), rəsmi facebook səhifəsi (//www.facebook.com/www.udi.az), YouTube (//www.youtube.com/channel/UCVXG_axnlpgzdnS04AXmRuQ), instagram (//www.instagram.com/wwwudiaz?igsh=aTh5a3lhdHlmMGly), X-da (//x.com/wwwudiaz) səhifələri var.

Qeyd edək ki, Alban-Udi xristian dini icması 2019-cu ildən başlayaraq Prezidentin Ehtiyat Fondundan hər il mütəmadi olaraq maliyyə yardımı alır. İcma 2026-cı ilin yanvar ayında imzalanan sərəncamla 400 000 manat vəsait əldə edib. 2019-cu ildən 2021-ci il də daxil olmaqla hər il 150 min manat, 2022-ci ildən 2025-ci ilə qədər isə hər il 350 min manat yardım alıb.

Bakı şəhəri Dağ Yəhudiləri Dini İcması

Dövlətdən yardım alan icmalardan ikincisi Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasıdır. İcma Azərbaycanda fəaliyyət göstərən ən qədim və nüfuzlu yəhudi dini icmalarından biridir.

Azərbaycan dövlətinin dəstəyi ilə Bakı şəhəri Dağ Yəhudiləri Dini İcması üçün yeni sinaqoq kompleksi inşa olunub. 2010-cu ildə təməli qoyulan bu ibadət məkanı 2011-ci ildə istifadəyə verilib və regionun ən böyük sinaqoqlarından biri hesab olunur.

İcmanın sədri Milix Yevdayevdir. İyulun 25-də (2026) Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İcmanın internet saytı olmasa da rəsmi facebook səhifəsi (//www.facebook.com/dagyehudileri.diniicmasi.3), youtube (//www.youtube.com/@milixyevdayev), instagram (//www.instagram.com/dag_yehudileri_dini_icmasi/) səhifəsi aktiv fəaliyyət göstərir.

Bakı şəhəri Dağ Yəhudiləri Dini İcması Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan hər il mütəmadi olaraq maliyyə yardımı alır. İcma 2019-cu ildən başlayaraq Prezidentinin Ehtiyat Fondundan hər il mütəmadi olaraq maliyyə yardımı alır. İcma

2026-cı ilin yanvar ayında dövlətdən 400 000 manat vəsait əldə edib. 2019-cu ildən 2021-ci il də daxil olmaqla hər il 150 min manat, 2022-ci ildən 2025-ci ilə qədər isə 350 min manat yardım alıb.

“Ronahi” Kürd Mədəniyyət Mərkəzi

1990-cı ildə yaradılan “Ronahi” Kürd Mədəniyyət Mərkəzi Azərbaycanda yaşayan kürd icmasının milli-mədəni irsinin, dilinin, folklorunun, musiqisinin və adət-ənənələrinin qorunması və təbliği məqsədilə fəaliyyət göstərən ictimai təşkilatdır.

Hazırda Mərkəzin sədri Zabit Məmmədovdur. O, 2023-cü ildə keçirilən ümumi yığıncaqda təşkilatın rəhbəri seçilib. Zabit Məmmədov eyni zamanda Azərbaycan Televiziya və Radio verilişləri QSC-nın etnik verlişlər qrupunda Kürd dilində yayımlanan proqramın redaktorudur. Mərkəzin yaradıcısı və Azərbaycan kürd icmasının ağsaqqallarından biri Əhməd Apiyev hesab olunur.

Mərkəzin internet saytı, YouTube, İnstagram, TikTok-da səhifələri olmasa da, rəsmi Facebook (//www.facebook.com/ronahi.kurd.m.d.niyy.t.m.rk.zi) səhifəsi var.

27 mart 2022-ci ildə Facebook sosial şəbəkəsi üzərində yaradılan Kürd Media Mərkəzi “Ronahi” Kürd Mədəniyyət Mərkəzinə informasiya dəstəyi göstərir. Mərkəz sosial şəbəkələrin əksəriyyəti üzərindən paylaşımlar edir. Mərkəzin Telegramda (t.me/kurdaze), X-da (x.com/KurdmediaAZ), Youtubedə (youtube.com/@kurdmedia_az), facebookda (facebook.com/kurdmedia.az), Instagramda (instagram.com/kurdmedia.az), Threadsdə (threads.net/@kurdmedia.az), Tiktok-da (tiktok.com/@kurdmedia.az), Whatsapp-da

(whatsapp.com/channel/0029VaQeQeE6mYPSNaL6mI1O) səhifələri var. Kürd Media Mərkəzinin rəhbəri İbrahim Əliyevdir.

Talış icması

Talış icması mərkəz kimi ilk dəfə 1990-cı ildə dövlət qeydiyyatından keçib. Sonrakı illərdə icma Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) tərəfdaşlığı ilə dövlət səviyyəli multikultural platformalarda yenidən fəal təmsil olunmağa başlayıb.

İcmanın sədri – ağsaqqalı İmamverdi Həmidovdur.

Bu icmanın heç rəqəmsal platforması yoxdur. Lakin “Dodo” qəzeti bu məsələdə icmaya yaxından dəstək göstərir. “Dodo” qəzetinin kağız forması, internet saytı (dodoqezeti.az), facebook (facebook.com/dodoqezeti.az - facebook.com/groups/dodoqezeti.az), YouTube kanalı (//www.youtube.com/@IradaMalikova), İnstagram (//www.instagram.com/dodoqezeti/), TikTok (tiktok.com/@irade_dodo) səhifələri aktivdir.

“Dodo” qəzetinin baş redaktoru İradə Məlikovadır.

Azərbaycan Rus İcması

İcma Azərbaycanda rus dilinin, mədəniyyətinin və milli ənənələrin yaşadılması istiqamətində fəaliyyət göstərir. Rus mədəniyyəti ilə bağlı tədbirlər, konsertlər, sərgilər, ədəbi və tarixi tədbirlər təşkil olunur. İcmanın fəaliyyət istiqamətlərindən biri Azərbaycanda rusdilli təhsillə bağlı məsələlərdir.

İcmanın sədri millət vəkili Mixail Yuryeviç Zabelin, sədrin birinci müavini isə Anastasiya Lavrinadır.

İcmanın internet saytı (//roa.az/), rəsmi Facebook səhifəsi (//www.facebook.com/russiancommunityofazerbaijan/?utm_source=chatgpt.com) olsa da YouTube kanalı, İnstagram və TikTok-da səhifələri yoxdur.

“Samur” Ləzgi Milli Mərkəzi

“Samur” Ləzgi Milli Mədəni Mərkəzi Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra - 1990-cı illərin əvvəllərində (təxminən 1990-1992-ci illərdə, digər milli-mədəni mərkəzlərlə eyni dövrdə) yaradılıb. Mərkəz Azərbaycanda yaşayan ləzgilərin milli-mədəni maraqlarının, dilinin, folklorunun və adət-ənənələrinin qorunmasına yönəlmiş ictimai-mədəni fəaliyyətlə məşğul olur.

Mərkəzin sədri İmran Rzayevdir. Əsas mətbu orqanı olan "Samur" qəzetinin rəhbərliyində uzun illərdir tanınmış yazıçı-jurnalist Sədaqət Kərimova da aparıcı rol oynayır. S.Kərimova 1997-ci ildən üç dildə öz vəsaiti hesabına nəşr etdirdiyi “Samur” qəzetinin baş redaktoru işləyir.

Mərkəzin internet saytı (//www.samuronline.com/), rəsmi facebook səhifəsi (//www.facebook.com/profile.php?id=100069182508329) olsa da YouTube kanalı, İnstagram və TikTok səhifəsi yoxdur

"Cek Cəmiyyəti" İctimai Birliyi

"Azərbaycan Cekli İcması" İctimai Birliyi 31 mart 2006-cı ildə Sumqayıt şəhərində təsis edilib. Təşkilat Azərbaycanın qədim etnik qruplarından biri olan, Şahdağ xalqlarına mənsub ceklilərin tarixinin, dilinin, mədəniyyətinin, adət-ənənələrinin qorunması və təbliği məqsədilə yaradılmışdır. 2011-ci il martın 31-dək təşkilat "Azərbaycan Cekli İcması" adı ilə fəaliyyət göstərib. Sonradan onun adı "Cek Cəmiyyəti" İctimai Birliyi olaraq dəyişdirilib.

İcmanın sədri Əlhəddin Ceklidir.

İcmanın internet saytı, YouTube, İnstagram, TikTok-da səhifələri olmasa da, rəsmi Facebook (//www.facebook.com/CekCemiyyeti) səhifəsi var.

“Azəri-Tat Mədəniyyət Mərkəzi” İctimai Birliyi

“Azəri Tat Mədəniyyət Mərkəzi” İctimai Birliyi Azərbaycanda yaşayan tatların milli-mədəni irsinin, dilinin, adət-ənənələrinin və tarixinin qorunması, öyrənilməsi və təbliği istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır.

Birliyin ilk sədri tanınmış tədqiqatçı və ictimai xadim Maqsud Hacıyev olub. O, tatların dili, tarixi və etnoqrafiyası ilə bağlı bir sıra kitabların müəllifidir və təşkilatın formalaşmasında mühüm rol oynayıb. Hazırda təşkilata Elman Əhmədov rəhbərlik edir. Birlik müxtəlif illərdə dövlət qurumları və QHT-lərlə əməkdaşlıq çərçivəsində layihələr həyata keçirib, tatların tarixi-mədəni irsinin tanıdılması, multikulturalizm və tolerantlıq mövzularında tədbirlər, filmlər və maarifləndirici proqramlar təşkil edib.

İctimai Birliyin internet saytı, YouTube, İnstagram, TikTok-da səhifələri olmasa da, rəsmi Facebook (//www.facebook.com/profile.php?id=61576929301569) səhifəsi var.

“Polonia-Azərbaycan” Polşa İcması

“Polonia-Azərbaycan” Polşa İcması Azərbaycanda yaşayan polyakları və polyak mənşəli Azərbaycan vətəndaşlarını birləşdirən ictimai təşkilatdır. Polşa icması 24 aprel 2003-cü ildə qeydiyyatdan keçib. Təşkilatın əsas fəaliyyəti Polşa dilinin, mədəniyyətinin, tarixinin və ənənələrinin qorunması və təbliği, eləcə də Azərbaycan-Polşa əlaqələrinin inkişafına töhfə verməkdir. Polşa icması həmçinin mədəni tədbirlər, sərgilər, görüşlər və maarifləndirici layihələr həyata keçirir.

İcmanın sədr Olqa Alekseyevna Yujanina-Makolevskaya göstərilir.

Rəsmi internet saytı (polonia-baku.org) olsa da YouTube kanalı, Facebook, İnstagram və

TikTok səhifələri yoxdur.

Azərbaycan-Avar İctimai Birliyi

Azərbaycan-Avar İctimai Birliyi Azərbaycanda yaşayan avar icmasının milli-mədəni irsinin qorunması, inkişaf etdirilməsi və təbliği məqsədilə fəaliyyət göstərən ictimai təşkilatdır. Birlik avar dilinin, folklorunun, adət-ənənələrinin və mədəni dəyərlərinin yaşadılması istiqamətində müxtəlif layihələr, tədbirlər və maarifləndirici proqramlar həyata keçirir.

1990-cı illərdən təşkilatlanan avarlar 2013-cü ildən Azərbaycan-Avar İctimai Birliyi yenidən aktiv fəaliyyət göstərməyə başlayıb. İctimai Birliyin tərkibində Ağsaqqallar, Qadınlar və Gənclər şuraları fəaliyyət göstərir.

İctimai Birliyin sədri Məhəmməd Nooyev, sədr müavini Elşad Qoqayevdir.

İctimai Birliyin internet saytı, YouTube kanalı, İnstagram, TikTok və facebook səhifəsi yoxdur.

Buduq Cəmiyyəti

“Buduq” Cəmiyyəti Azərbaycanda yaşayan buduqluların etnik-mədəni irsinin, dilinin, adət-ənənələrinin və tarixinin qorunması məqsədilə fəaliyyət göstərən ictimai təşkilatdır. Cəmiyyət əsasən Quba rayonunun Buduq kəndindən olan və müxtəlif bölgələrdə yaşayan buduqluları bir araya gətirir.

Cəmiyyətin sədri Rafiq Abdullayevdir.

Cəmiyyətin internet saytı, YouTube kanalı, İnstagram, TikTok və facebook səhifəsi yoxdur.


* * *

Milli azlıqlar, azsaylı xalqlar və etnik qruplara məxsus ayrı-ayrı qəzetlər, jurnallar, internet resursları da var ki, müstəqil fəaliyyət göstərirlər.

Ethnoglobus.az saytı bütün dünyada, xüsusilə Azərbaycanda yaşayan azsaylı xalqlar, eləcə də baş vermiş mühüm hadisələr haqda məlumat və xəbərlər yayımlayır. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Avarulia.worldpress.com Azərbaycanda yaşayan etnik avarlara məxsus olan bir saytdır.

Shahdagpeoples.az əsasən, Şahdağda yaşayan xalqlar haqda üç dildə - Azərbaycan, rus, ingilis dillərində məlumat və xəbərlər yayımlayan etnotanıtım-xəbər saytıdır. Saytda daim Şahdağ xalqlarının gündəlik həyatı və mühüm hadisələrlə bağlı xəbərlər verilir, həmçinin, bu ərazilərin mənzərəli yerlərini əks etdirən fotolar yerləşdirilir.

Talışların Facebook sosial şəbəkəsində “Əmə Tolişonimon” (Biz talışıq) qrupu var. Qrup qapalıdır, yəni ona üzv olmaq üçün sorğu göndərmək lazımdır və əgər qrupun admini sizi qəbul edərsə, siz bura üzv ola bilərsiniz.

“Facebook”da (facebook.com/www.yahudi.az) yəhudilərin “Azərbaycan Yəhudiləri-Beyt David” adlı səhifələri mövcuddur. Onlar sosial şəbəkənin bu imkanından istifadə edərək müxtəlif səpkili məlumatları orada yayımlayırlar.

Facebook sosial şəbəkəsində Qafqaz albanlarına aid “Qafqaz Albaniyası Xalqları Birliyi” adlı səhifə fəaliyyət göstərir. Bu səhifə Albaniya.ucoz.org saytının rəsmi səhifəsidir. Burada rus və Azərbaycan dillərində məlumatlar paylaşılır.

Tik-Tok-da isə müxtəlif azlıqları təmsil edən yüzlərlə belə səhifələr fəaliyyət göstərir.

Bu yazı “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Zəhra Rahibqızı

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar