Ru
13:52 / 28 Sentyabr 2026

Əvəz Zeynallının ölüm xəbəri yayıldı - Bir gün əvvəl bunları yazmışdı

Əvəz Zeynallının ölüm xəbəri yayıldı -  Bir gün əvvəl bunları yazmışdı
Eye

"Xural TV"nin rəhbəri, jurnalist Əvəz Zeynallının vəfat etdiyi barədə xəbər yayılıb.

"Bakupost" xəbər verir ki, jurnalist ötən gün feysbuk hesabında səhhəti ilə bağlı paylaşım edərək bir neçə gündür telefonlara cavab verə bilmədiyini yazıb:

"Əziz Dostlar, Qardaşlar, Analar, Atalar, uca və Böyük millətim! Bir neçə gündür ki, telefonlara çıxa, səsinizi eşidə, Sizə cavab verə, heç bir şeyə reaksiya göstərə bilmirəm".

O, hər şeyin yenidən yoluna düşəcəyinə ümid etdiyini qeyd edərək sözlərinə belə davam edib:

"Bu insan selinə və ziyarətimə gələn səmimi insanların böyük sevgilərinə görə, yanımda olan, yazan, kampaniyalar aparan dünyanın hər yerindəki Qardaşlarıma, ziyalılara, dəyərli elm adamlarına - Böyük Xalqımıza dərindən təşəkkür edirəm!
Sizə görə varam və Səni Sevirəm, Azərbaycan!".

Lalə, BakuPost


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar