Ru
09:09 / 25 Sentyabr 2026

Əvəz Zeynallının vəziyyəti kəskin pisləşib – Prezidentə müraciət üçün imza toplanır

Əvəz Zeynallının vəziyyəti kəskin pisləşib  – Prezidentə müraciət üçün imza toplanır
Eye

Tanınmış jurnalist Əvəz Zeynallının səhhəti olduqca ağırdır.

"Bakupost" xəbər verir ki, bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı məlumat yayıb.

Onun sözlərinə görə, xərçəng xəstəliyindən əziyyət çəkən Əvəz Zeynallının müalicəsinin intensivləşdirilməsi və səhhəti ilə bağlı dövlət dəstəyinin göstərilməsi məqsədilə Prezident İlham Əliyevə ünvanlanan müraciət hazırlanıb. Bununla yanaşı, petisiya yaradılıb və imzatoplama kampaniyasına başlanılıb.

Məlahət Zeynallı vəziyyətin olduqca ağır olduğunu bildirib və ictimaiyyətə dəstək çağırışı edib.

O, həmçinin Əvəz Zeynallıya dəstək məqsədilə yaradılmış petisiyanın imzalanmasına və paylaşılmasına çağırıb.

Qeyd edək ki, Əvəz Zeynallı sentyabrın 22-də Respublika Diaqnostika Mərkəzində əməliyyat olunub.

Həyat yoldaşı "Bakupost"a açıqlamasında əməliyyatın normal keçdiyini, jurnalistin evə buraxıldığını, lakin vəziyyətinin ağır olaraq qaldığını bildirmişdi.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar