Ru
17:03 / 15 May 2026

Evi, obyekti olanların nəzərinə: Bunu etməyənlər cərimələnəcək

Evi, obyekti olanların nəzərinə: Bunu etməyənlər cərimələnəcək
Eye

Bələdiyyə vergiləri qanuni əsaslarla toplanılır.

Bakupost.az Milli.az-a istinadən xəbər verir k, Vergi Məcəlləsinə əsasən, bələdiyyələr tərəfindən yerli vergilər toplanılır.

Əgər vətəndaşın dövlət reyestrində qeydiyyata alınmış və mülkiyyət hüququ ona məxsus olan əmlakı varsa, həmin şəxs bələdiyyə vergisi ödəməlidir. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisini ərazidəki bələdiyyə hesablayır.

Vergi yaşayış və digər tikililərin hər kvadratmetrinə uyğun hesablanır.

Bələdiyyələr hər il avqustun 1-dək vergi ödəyicilərinə tədiyyə bildirişləri təqdim etməlidir. Bildirişdə göstərilən məbləğ iki hissə şəklində ödənilə bilər: birinci hissə avqustun 15-dək, ikinci hissə isə noyabrın 15-dək. Ödənişlər yerli bələdiyyə büdcəsinə köçürülür.

Vergi ödənişləri müəyyən edilmiş müddətlərdə həyata keçirilmədikdə, hər gecikən gün üçün 0,1 faiz məbləğində cərimə faiz dərəcəsi hesablanması mümkündür.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar