Ru
14:02 / 07 Sentyabr 2026

Evində ölü tapılan məşhur aktyorla vida mərasimi keçilir - VİDEO

Evində ölü tapılan məşhur aktyorla vida mərasimi keçilir -  VİDEO
Eye

Türkiyənin məşhur aktyoru Serhat Mustafa Kılıç vəfat edib. O, İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. Aktyorun bədənində göyərmələr aşkar edilib. Ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma və ekspertiza aparılır. Hadisə ilkin olaraq “şübhəli ölüm” kimi qeydə alınıb.

Serhat Kılıçın ölümü sənət camiəsində böyük kədər yaradıb.

“Bakupost” xəbər verir ki hazırda İstanbulda Harbiye Muhsin Ertuğrul Səhnəsində aktyorla vida mərasimi keçirilir. Mərasimdən sonra onun cənazəsinin Ankaraya aparılacağı açıqlanıb.

Qeyd edək ki, 1975-ci ildə Ankarada anadan olan Serhat Mustafa Kılıç Bilkent Universitetinin Musiqi və Səhnə Sənətləri fakültəsinin Teatr bölməsini bitirib. O, peşəkar fəaliyyətinə Ankara Sənət Teatrında başlayıb, daha sonra Diyarbəkir və Ərzurum Dövlət Teatrlarında çalışıb.

Aktyor “Bizim Evin Halleri”, “Hatırla Sevgili”, “Ezel”, “Söz”, “Maraşlı”, “Kuruluş Osman”, “Kirli Sepeti” və digər ekran işlərində rol alıb. Lakin o, daha çox “Seksenler” serialındakı “Ergun Plak” obrazı ilə tanınıb.

Lalə, BakuPost
" target="_blank">

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar