Evlərin istilik sistemlərində hansı dəyişikliklər nəzərdə tutulub? - VİDEO
262
Azərbaycanda evlərdə qazla işləyən kombilərdən istifadə gələcəkdə mərhələli şəkildə dəyişə bilər.
2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçidin təmin edilməsi hədəf qoyulub.
Bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb.
Bəs bu hədəf praktikada necə həyata keçiriləcək? Elektrik istilik nasosları Azərbaycan iqlimində nə dərəcədə səmərəlidir?
"Bakupost" xəbər verir ki, bu barədə Baku TV-yə danışan millət vəkili Vüqar Rəhimzadə Azərbaycanın uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasının təsdiq olunmasının ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanılması baxımından mühüm addım olduğunu bildirib:
Onun sözlərinə görə, yaşıl enerjiyə keçid və yeni enerji texnologiyalarının tətbiqi bu gün dünyanın əsas prioritetlərindəndir. O qeyd edib ki, bu istiqamətdə həyata keçirilən layihələr ətraf mühitin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına müsbət töhfə verəcək.