Ru
13:58 / 10 İyun 2026

Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO

Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO
Eye

Eynulla Fətullayev Bakıda fəaliyyət göstərən məşhur “Ağabala” restoranını da satıb.

Bakupost.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə haqqında yayılan məlumatlara münasibət bildirərkən açıqlama verib.

Eynulla Fətullayev bildirib ki, “Ağabala” restoranını çoxdan satıb və hazırda Bakıda heç bir biznesi qalmayıb.

Onun sözlərinə görə, paytaxtda hər hansı kommersiya fəaliyyəti yoxdur.

Qeyd edək ki, son günlər Eynulla Fətullayevin rəhbəri olduğu Haqqın.az informasiya portalını satması ilə bağlı məlumatlar yayılmışdı. Daha sonra həmin məlumat təsdiqlənib. Bildirilib ki, media resursunun yeni sahibi vəkil və partiya sədri Adəm İsmayılovdur.

Beləliklə, məlum olur ki, Eynulla Fətullayev təkcə media sahəsindəki aktivini deyil, eyni zamanda Bakıda fəaliyyət göstərən məşhur “Ağabala” restoranını da satıb.

Elnur, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar