Xalq artisti Faiq Ağayevin 15 illik köməkçisi dünyasını dəyişib.
"Bakupost" xəbər verir ki, bu barədə o, Feysbuk hesabında paylaşımında bildirib.
"15 il evimdə canla-başla çalışmış, bütün məişət məsələlərimi vicdanla, doğmalıqla həll edən köməkçim bu gün torpağa tapşırıldı... Uzun sürən ağır həyat mücadiləsindən sonra apardı onu bu zəhrimar xəstəlik... Rahat uyu, o dünyadakı yerin-yurdun gözəl olsun, Elçin! Allah rəhmət eləsin!", - deyə o qeyd edib.