"Fənərbağça" UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün pley-off mərhələsində səfərdə "Lion"a qarşı cavab oyununa çıxıb.
"Bakupost" xəbər verir ki, görüş İstanbul təmsilçisinin 1:2 hesablı səfər qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın heyətində Vedat Muriqi və Arçi Braun müvafiq olaraq 24-cü və 28-ci dəqiqələrdə fərqləniblər. Ev sahiblərinin təsəlli qolunun müəllifi isə 61-ci dəqiqədə Malik Fofana olub.
Tərəflər arasında ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Fənərbağça" iki görüşün yekununda Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, "Fənərbağça" Çempionlar Liqasının əsas mərhələsində sonuncu dəfə 18 il əvvəl mübarizə aparıb.