Ru
09:35 / 22 Sentyabr 2026

“Fərəh söyüş söyüb, mənim nə günahım var?” – Efir qadağasına etiraz etdi

“Fərəh söyüş söyüb, mənim nə günahım var?” –    Efir qadağasına etiraz etdi
Eye

Meyxanaçı Samirə Yusifqızı qızı Fərəh Samirəqızının sosial şəbəkələrdə yayılan və tənqidlərə səbəb olan videosundan sonra özünə də efir qadağası qoyulduğunu açıqlayıb.

"Bakupost" xəbər verir ki, Samirə Yusifqızı bu barədə “Şadlıq olsun” verilişində danışıb.

Meyxanaçı bildirib ki, qızının efirdən uzaqlaşdırılmasını anlasa da, özünə də efir qadağası qoyulmasını haqsız hesab edir.

"Efirdə söyüş söyənlər hələ də efirdədirlər. Yaxşı, mənim nə günahım var? Fərəhi çağırmırsınız, başa düşdüm.

Mən illərin sənətkarıyam, ali savadlı müğənniyəm, sözünü demiş insanam, ilk meyxanaçı xanımam. Mənim nə günahım var? İndiyədək efirdə nə hörmətsizlik etmişəm, nə söyüş söymüşəm, nə də açıq geyinmişəm. Bu gün mənə niyə efir qadağası qoyulub, bilmirəm”, – deyə Samirə Yusifqızı bildirib.

Yasəmən




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar