Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) daha bir təyinat olub.
"Bakupost" Unikal-a istinadla xəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Fərhad Ələkbərov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Hüquqi təminat departamentinin müdiri təyin edilib.
F.Ələkbərov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə və alternativ qayğı siyasəti şöbəsinin müdiri vəzifəsində çalışırdı.