Ru
13:42 / 29 Sentyabr 2026

FES rəsmisi: İnflyasiya təzyiqi davam edəcək

FES rəsmisi: İnflyasiya təzyiqi davam edəcək
Eye

ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbərlərindən Lisa Cook süni intellektə tələbin və yüksək neft qiymətlərinin qarşıdakı aylarda inflyasiyaya təzyiq göstərməyə davam edəcəyini bildirib.

“Bakupost” xəbər verir ki, Cook gələcək faiz qərarlarının iqtisadi göstəricilər, inflyasiya və əmək bazarının vəziyyətindən asılı olacağını deyib.

Onun sözlərinə görə, avqusta qədər olan 12 aylıq dövrdə ABŞ-də inflyasiya təxminən 3,8 faiz təşkil edib. Bu göstərici FES-in 2 faizlik hədəfindən xeyli yüksəkdir.

Cook qeyd edib ki, süni intellektə yatırımlar, yüksək neft qiymətləri və Yaxın Şərqdəki münaqişənin yaratdığı təchizat problemləri yaxın aylarda inflyasiyanı yüksək saxlaya bilər. O, əlavə faiz artımının zəruri olacağını isə açıqlamayıb.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar