Fövqəladə Hallar Nazirliyi (FHN) “Sumqayıt şəhəri, Qaya küçəsi, giriş 143” ünvanında inşa olunan qeyri-yaşayış binalarının istismarına icazə verib.
"Bakupost" yeniavaz.com-a istinadla xəbər verir ki, 3 binadan ibarət olan qeyri-yaşayış obyektinin ən böyüyünün tikinti sahəsi 1 250 kvadratmetrdir.
Digər 2 obyekt isə 191 və 37 kvadratmetr tikinti sahəsinə sahibdir. Hər 3 obyekt 1 mərtəbədən ibarətdir. pizza mizza
FHN “Entre” MMC-nin hazırladığı layihə əsasında tikilən binalara 22 iyun 2026-cı il tarixli, 13160 nömrəli istismara hazırlıq rəyi verib.
Obyektin sahibi yazıçı Kəramət Böyükçöldür (Nəcəfov Kəramət Qəşəm oğlu).
“Şərurlu İsfəndiyarın müsahibəsindən sonra gördüm ki, ölkədə çobanların işi yaxşı gedir. Həmin vaxt da qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi ilə bağlı fərman çıxdı. Mən gedib torpağı sənədləşdirirəm ki, bankdan kredit götürüb özümə qoyun, quzu alım. Bir az çoban kimi fəaliyyət göstərəndən sonra başlayacam bina tikməyə. Belə”, - deyə o, məsələyə münasibət bildirib.