Ru
08:51 / 06 Sentyabr 2026

Fidan Hacıyeva 50 yaşını 3 aylıq festivalla qarşılayır – Bakıdan Parisə, Londona, Milana…

Fidan Hacıyeva 50 yaşını 3 aylıq festivalla qarşılayır – Bakıdan Parisə, Londona, Milana…
Eye

Xalq artisti Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində konsert proqramı keçirilib.

“Bakupost” xəbər verir ki, konsertdə festivalın təşkilatçısı Fidan Hacıyeva ilə yanaşı, gənc solistlər də səhnəyə çıxıblar. İfaçılar Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən nümunələr təqdim ediblər.

Bu il festival Xalq artistinin 50 illik yubileyinə və 30 illik yaradıcılıq fəaliyyətinə həsr olunub. Üç ay davam edəcək festival 7 sentyabrdan 7 dekabradək Bakı və Azərbaycanın müxtəlif şəhərləri ilə yanaşı, xarici ölkələri də əhatə edəcək.

Festival çərçivəsində opera və kamera musiqisi gecələri, simfonik konsertlər, ustad dərsləri, ədəbi-bədii görüşlər və müxtəlif maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub. Proqramın bir sıra tədbirləri ali təhsil müəssisələrində keçiriləcək.

Festivalın əsas istiqamətlərindən biri “Gənc səslər gələcəyə səslənir” layihəsidir. Layihənin məqsədi istedadlı gənc vokalçıları üzə çıxarmaq, onların peşəkar səhnəyə yolunu açmaq və gənclər arasında opera sənətinə marağı artırmaqdır. Layihə çərçivəsində gənc ifaçılar tanınmış sənətçilərlə eyni səhnəni bölüşəcək, həmçinin solo konsert proqramları ilə çıxış edəcəklər.

III Beynəlxalq Opera Festivalı Azərbaycan sərhədlərindən kənarda da davam edəcək. Beynəlxalq proqram çərçivəsində Fidan Hacıyevanın Paris, London, Milan və Minskdə çıxışları planlaşdırılır.

Festivalın rəsmi açılışı sentyabrın 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Üç aylıq musiqi marafonuna dekabrın 7-də Heydər Əliyev Sarayında “Karmen. Sənətkarın həyatının yarım əsri” adlı möhtəşəm qala-konsertlə yekun vurulacaq.

Qala-konsertdə Niyazi adına Dövlət Simfonik Orkestri Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə çıxış edəcək. Gecədə Jorj Bizenin məşhur “Karmen” operasından fraqmentlərlə yanaşı, Azərbaycan və dünya klassik musiqisinin seçilmiş nümunələri səsləndiriləcək.

Konsertin xüsusi qonaqları sırasında İspaniyadan dəvət olunan flamenko kollektivi də yer alacaq.

Vüsalə
BakuPost

Fidan Hacıyeva 50 yaşını 3 aylıq festivalla qarşılayır – Bakıdan Parisə, Londona, Milana…
Fidan Hacıyeva 50 yaşını 3 aylıq festivalla qarşılayır – Bakıdan Parisə, Londona, Milana…
Fidan Hacıyeva 50 yaşını 3 aylıq festivalla qarşılayır – Bakıdan Parisə, Londona, Milana…
Fidan Hacıyeva 50 yaşını 3 aylıq festivalla qarşılayır – Bakıdan Parisə, Londona, Milana…
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar