Ru
17:36 / 09 Avqust 2025

Fidandan Zəngəzur açıqlaması: Tezliklə reallaşacaq!

Fidandan Zəngəzur açıqlaması: Tezliklə reallaşacaq!
Eye

Zəngəzur dəhlizi Türk dünyasını birləşdirəcək.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Əl-Aləmeyndə Misir xarici işlər naziri Bədr Əbdüləti ilə birgə mətbuat konfransında deyib.

“Birgə baxış və strategiyamızdakı dəhliz reallaşarsa, Zəngəzur dəhlizi Avropadan Asiyanın dərinliklərinə qədər uzanacaq qüsursuz nəqliyyat dəhlizinin əsas hissəsi olacaq. Bu, Türkiyəni Qafqaz və Xəzər dənizi vasitəsilə təkcə Orta Asiya ilə deyil, birbaşa Türk dünyası ilə birləşdirəcək. Türk dünyasını Türkiyə üzərindən Avropaya birləşdirəcək. Türkiyə vasitəsilə Avropanı Asiyanın dərinliklərinə birləşdirəcək. Bu, çoxməqsədli marşrut olacaq. Çox faydalı bir inkişaf olacağına inanıram. İnşallah, tezliklə reallaşacaq”, - nazir vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar