Ru
16:09 / 21 Oktyabr 2026

“Firuzə İbadova 2 aydır yataqdan qalxmır, niyə ona baş çəkmirsiniz?” - VİDEO

Eye

Əməkdar artist Firuzə İbadovanın səhhətində yenidən problem yaranıb.

"Bakupost" xəbər verir ki, təxminən ay yarım əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən və əməliyyat olunan sənətçinin evinə müğənni İzzət Bağırov baş çəkib.

Müğənni sosial şəbəkədə paylaşdığı videoda Firuzə İbadovanın iki aydan çoxdur yataq xəstəsi olduğunu bildirib. O, sənət dostlarını da müğənnini ziyarət etməyə çağırıb:

"Böyük əməliyyat keçirib. Mən artıq onun yanına ikinci dəfədir gəlirəm. İstərdim ki, sənət dostlarımız da gəlib baş çəksinlər. Həkim deyib ki, üçüncü dəfə də əməliyyat olunmalıdır. Bizim borcumuzdur onun yanında olaq. Həmişə hamımızla mehriban olub".

Lalə, BakuPost



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar