Ru
12:39 / 16 İyul 2026

Flora Kərimova ilə bağlı üzücü xəbər

Flora Kərimova ilə bağlı üzücü xəbər
Eye

Bu gün səhər saatlarında Xalq artisti Flora Kərimovanın səhhəti pisləşib.

“Bakupost” xəbər verir ki, müğənni üçün Təcili Tibbi Yardım briqadası çağırılıb. İfaçıya yerində ilkin tibbi yardım göstərilib.

F. Kərimovanın qızı Zümrüd Axşam.az-a açıqlamasında anasının vəziyyətinin hazırda yaxşı olduğunu bildirib.

"Hazırda yaxşıdır. Dincəlir. İnşallah, daha da yaxşı olacaq" deyə, Zümrüd əlavə edib.

Qeyd edək ki, 84 yaşlı Flora Kərimovanın bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Müğənninin müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. Səhhətindəki problemlərlə əlaqədar olaraq sənətkarın iyunun 20-də Yaşıl Teatrda planlaşdırılan çıxışı da sentyabr ayına təxirə salınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar