Azərbaycan Qran-prisi çərçivəsində "Formula-1" kateqoriyasında sıralama turu başa çatıb.
Bakupost.az xəbər verir ki, ən yaxşı nəticəni "Red Bull" komandasının pilotu Maks Ferstappen göstərib. İkinci yerdə "Williams" komandasının üzvü Karlos Sayns, üçüncü yerdə isə "Racing bulls" komandasının pilotu Liam Louson qərarlaşıblar.
***
"Formula-1" sıralama turuna daha bir pilot erkən vida edib.
Yarışın üçüncü hissəsində "McLaren" komandasının üzvü Oskar Piastri bolidini maneə çırpıb. Bu səbəbdən o, sıralama turunu yarımçıq başa vurub.
***
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turunun üçüncü sessiyası dayandırılıb.
Buna səbəb “Ferrari”nin pilotu Şarl Leklerin qəza etməsi olub.
Məşhur sürücü sıralama turunu erkən başa vurub.
***
17:05
"Formula-1" kateqoriyasında sıralama turunda qəza baş verib.