Ru
12:00 / 29 Sentyabr 2026

Formula-1-də Prezidentlə şəkil çəkdirən ailə kimdir? - VİDEO

Formula-1-də Prezidentlə şəkil çəkdirən ailə kimdir?  - VİDEO
Eye

Sentyabrın 26-da Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər. Yarış günü diqqətçəkən məqamlardan biri də Prezidentin və Birinci vitse-prezidentin sosial media hesablarında qonaqlarla çəkilən səmimi fotoları olub. Bu fotolardan birində yer alan gənc ailə xüsusilə maraq doğulub.

"Bakupost" "Unikal"a istinadla xəbər verir ki, şəkildəkilər Özbəkistanın məşhur bloqeri Ofeliya Muradova, onun həyat yoldaşı və qızı Niyardır. Ailə qurmazdan əvvəl daha aktiv bloqerliklə məşğul olan Ofeliya həyat yoldaşının kimliyini mediadan gizlədir. O, daha çox London, Daşkənd və Bakıdan hazırladığı səyahət videoları ilə məşhurdur. Hazırda o, əsasən, Bakıda yaşayır. 29 yaşlı Ofeliyanın həyat yoldaşının elə həmin yarışda Özbəkistan Prezidentinin qızı Şahnaz Mirzoyevanın həyat yoldaşı Otabek Umarovla da səmimi fotoları lentə alınıb.

Qeyd edək ki, Ofeliya 2014-cü ildən bloqerlik edir. Lakin o, ailə qurduqdan sonra - artıq 3 ildir ki, paylaşımlarında özünün və azyaşlı qızının üzünü gizlədir.


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar