Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb.
"Bakupost" xəbər verir ki, mübarizəyə saat 10:00-da start verilib.
Bu gün ikinci dərəcəli pilotların yarışında iki sıralama turu da gerçəkləşəcək.
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin sərbəst yürüşündə iki pilot mübarizəni dayandırıb.
"MP Motorspor"dan Oliver Qete və "İnvicta Racing"dən Coşua Durksen sessiyaları vaxtından əvvəl başa vurmalı olublar.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.